ANA SƏHİFƏ HAQQIMIZDA MƏHSULLAR QALEREYA XƏBƏRLƏR ƏLAQƏ    
ÇAŞIOĞLU Eİ MMC
Bizim nəşrlər
Çaşıoğlu Eİ MMC 25 sentyabr 1995-ci il tarixində təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 26.09.1995-ci il tarixindən 25743 №li şəhadətnamə ilə qeydiyyata alınmışdır.
Çaşıoğlu Eİ MMC nəşriyyat-poliqrafiya fəaliyyəti ilə məşğul olan müəssisədir. Fəaliyyəti dövründə nəşriyyat-poliqrafiya sahəsində ali məktəblər üçün dərsliklər, dərs vəsaiti, metodik vəsaitlər, orta məktəb dərslikləri, Respublikanın tanınmış alim, şair və yazıçıların monoqrafiyalarını, əsərlərini, Respublika miqyaslı tədbirlərin poliqrafik materiallarını nəfis tərtibatla çap etmişdir. Müəssisə yarandığı gündən hazırki dövrədək 4500–dən artıq adda poliqrafiya məhsulu istehsal etmişdir.
Çaşıoğlu şirkəti Respublikanın bir çox Nazirlik (Maliyyə, Təhsil, Vergi, Rabitə, Nəqliyyat və s.) və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların (“UNİCEF”,”UNESKO”, “Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu”, BMT-nin Azərbaycandakı nümayəndəliyi” «Azərbaycan Coca-Cola Bottlers LTD ”, və s. ) keçirdiyi tenderlərdə iştirak etmişdir.
1998-ci ildən etibarən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi tenderlərin – ümumtəhsil məktəblərinin I–XI sinifləri üçün dərsliklərin və orta məktəb sənədlərinin çap edilməsi üçün keçirilən tenderlərin-iştirakçısı və qalibi olmuş, üzərinə düşən bütün öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir.
Nəşriyyatda ingilis, fransız və rus dillərində dərslik, dərs vəsaiti və məlumat xarakterli materialları əks etdirən kitablar da hazırlanır və nəşr edilir. Nəşr işləri nəşriyyatın işçi heyəti tərəfindən yerinə yetirilir.
Çaşıoğlu Eİ MMC Respublikanın məktəbəqədər təhsil müəssisələri üçün də çoxlu sayda test və təlim kitabları, metodik vəsaitlər, müxtəlif sahələri əhatə edən plakatlar, əyləncəli stolüstü oyunlar layihəsini hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişdir. Bu əyani vəsaitlər mütəxəssislər tərəfindən bəyənilmişdir.
Respublikamızda məktəbəhazırlığın təşkili ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” əsasında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı” üzrə uşaqlar üçün vəsaitlər, həmçinin “Məktəbəhazırlıq üzrə təlimin təşkili metodikası” (həm Azərbaycan, həm də rus dillərində) vəsaitlər toplusu hazırlanmışdır.Vəsaitin hazırlanmasında respublikanın təcrübəli, səriştəli mütəxəssisləri iştirak etmişlər.
Bununla yanaşı, Çaşıoğlu mətbəəsində müxtəlif dövri nəşrlər, bukletlər, lefletlər, flayerlər, açıqcalar, müxtəlif növ hədiyyə qutuları və çantalar, dəvətnamələr, zərflər də çap edilir.
+ (994 12) 502 - 44 - 25
+ (994 12) 502 - 46 - 91
ÇAŞIOĞLU Eİ MMC 2017. Bütün hüquqlar qorunur