ANA SƏHİFƏ HAQQIMIZDA MƏHSULLAR QALEREYA XƏBƏRLƏR ƏLAQƏ    
ÇAŞIOĞLU Eİ MMC
Yeni texnologiyalar
Çaşıoğlu Eİ MMC– nin məktəbəqədər təhsil üçün hazırladığı elektron-interaktiv intellektual oyun qurğusu «ƏLƏDDİN» məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu qurğu 1 ədəd masadan və 4 ədəd kətildən ibarətdir və insan orqanizminə heç bir zərərli təsir göstərmir. Məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulan «ƏLƏDDİN» intellektual oyun qurğusunda uşaqların idrak proseslərini inkişaf etdirən müxtəlif oyunlar yerləşdirilmişdir. Sensor, diqqət, təfəkkür, riyazi anlayışlar, savad təlimi bölmələri üzrə düşündürücü oyunlar uşaqların diqqətini, kiçik motorikasını, yaddaşını, məntiqi təfəkkürünü inkişaf etdirir, sayı, rəngləri, həndəsi formaları öyrədir və onların biliklərinin möhkəmləndirilməsinə müsbət təsir göstərir. Eşitmə-görmə, müqayisə, qruplaşdırma, böyük-kiçik, forma, riyazi təsəvvürləri inkişaf etdirən və s. bu kimi sahələri əhatə edən qurğuda toplam şəkildə 600-ə yaxın təlim oyunları işlənib. Təlim oyunları fərdi və qrup şəklində keçirilə bilər. Oyun qurğusuna mütəxəssislər tərəfindən işlənmiş metodik tövsiyə kitabı da əlavə olunub.
                         
+ (994 12) 502 - 44 - 25
+ (994 12) 502 - 46 - 91
ÇAŞIOĞLU Eİ MMC 2017. Bütün hüquqlar qorunur