ANA SƏHİFƏ HAQQIMIZDA MƏHSULLAR QALEREYA XƏBƏRLƏR ƏLAQƏ    
ÇAŞIOĞLU Eİ MMC
Multimedia resursları
Çaşıoğlu Eİ MMC fəaliyyət göstərdliyi illər ərzində elektron audiovizual multimedia sistemlərinin yaradılması sahəsində çox önəmli işlər görülmüşdür.
Çaşıoğlu Eİ MMC reklam çarxlarının, sənədli, cizgi filmlərinin də çəkilişində uğurlu addımlar atmışdır. Belə ki, Azərbaycan Təhsil Nazirliyi, Vergilər Nazirliyi və s. kimi müxtəlif təşkilatların tədbirlərini əks etdirən reklam çarxları, sənədli filmlər sifarişçilər tərəfindən müsbət rəy almışdır.
Çaşıoğlu Eİ MMC şirkətinin ən uğurlu layihələrindən biri də «Azərbaycan muğamı»dır. Azərbaycanın muğam sənətini əks etdirən audiovizual multimedia sistemi Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmışdır. Bu sistem Azərbaycan muğamının tarixi, muğam dəsgahları, qədim musiqi alətləri və muğam korifeyləri haqqında ətraflı məlumatları özündə əks etdirir.
Çaşıoğlu Eİ MMC şirkətinin yaratmış olduğu "www.oxuyuruq.biz” multimedia tədris resursları portalı, orta təhsil müəssisələri üçün milli kurikulum əsasında yaradılmış tədris və sərbəst təhsil resurslarının mənbəyidir. "www.oxuyuruq.biz” portalı, dizaynerlər və proqram mühəndisləri tərəfindən yüksək peşəkarlıqla tərtib edilmiş animasiyalar, interaktiv oyunlar, illüstrasiyalı və səsli elektron kitablar, təsvirlər və video təqdimatlar, eləcə də istər müəllim, istərsə də tələbələrin yüksək akademik göstəricilərə nail olmasını mümkün etmək məqsədi daşıyan testlərdən ibarət bir elektron xəzinədir.
Bu günün uşaqları tədqiqatçılığa, yaradıcılığa və axtarıcılığa meyil göstərirlər. Bu meyili də onlarda təbii ki, müəllim yaradır. Müəllimlərə isə bu işdə müasir dərsliklər, dərs vəsaitləri, müxtəlif resurslar yardımçı olur.
Dərslərin İKT vasitəsi ilə təşkili müasir dövrün əsas tələblərindən biridir. Müasir təhsil sistemini İKT olmadan təsəvvür etmək qeyri-mümkündür. İKT-nin həm daşıyıcı, həm ötürücü, həm də yaradıcı olması təlim-tərbiyə prosesi üçün olduqca əhəmiyyətlidir.
Bu baxımdan multimedia resursları qeyd olunan problemin həllində atılan ilk addımlardan biridir. Bu resurslar nəinki istifadəçinin gündəlik yükünü azaldacaq, eyni zamanda, bir sıra müsbət cəhətləri ilə müstəqil olaraq onların bilik və bacarıq əldə etmələrinə daha geniş imkanlar açacaqdır.
                         
                         
+ (994 12) 502 - 44 - 25
+ (994 12) 502 - 46 - 91
ÇAŞIOĞLU Eİ MMC 2017. Bütün hüquqlar qorunur