Çaşıoğlu Elm-İstehsalat

Nağıllı maskalar

Hər bir nağıl fərqli obrazları canlandıran maska formasında hazırlanıb. Uşaqlar bu nağılları sadəcə oxumaqla kifayətlənmir, həm də hekayənin bir parçasına çevrilirlər. Sadə və anlaşılan dildə yazılmış bu nağıllar onlara yaxşını pisdən ayırmağı, cəsur və mərd olmağı, təbiəti qorumağın və ona sevgi göstərməyin vacibliyini öyrədir. Beləliklə, nağıllar uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Nağılları oxuyub bitirən uşaqlar həmin obrazları canlandıran maskaları ip vasitəsilə başlarına taxaraq əyləncəli teatr tamaşaları təşkil edə bilərlər. Maskaların arxa üzü isə uşaqların yaradıcılığını inkişaf etdirmək üçün xüsusi hazırlanıb. Onlar bu şəkilləri tamamlayaraq istədikləri kimi rəngləyə və həm təsəvvür güclərini, həm də motor bacarıqlarını inkişaf etdirə bilərlər. Hər bir nağıla uyğun hazırlanmış test tapşırıqları 64 səhifəlik kitab şəklində qutuya əlavə edilir. Bu tapşırıqlar uşaqların yaddaşını möhkəmləndirir, mövzuları daha yaxşı qavramağa kömək edir və zəngin söz ehtiyatı sayəsində dil bacarıqlarını inkişaf etdirir. Test tapşırıqları asandan çətinə doğru sıralanıb. Bundan əlavə, test kitabına hər nağıla aid QR kodlar da daxil edilib. Uşaqlar bu kodları skan edərək nağılları video formatında izləyə bilərlər.

Məktəbəqədər yaşli uşaqlarda (3-4, 4-5 yaşlı) bədi̇i̇ təfəkkürü i̇nki̇şaf etdi̇rmək üçün təli̇m vəsai̇ti̇​​

Layihənin gözlənilən nəticələri:
• Uşaqlarda bədii nitq və dinləmə bacarıqlarını inkişaf etdirir.
• Mütaliəyə maraq və kitab sevgisini erkən yaşlardan formalaşdırır.
• Uşaqların emosional və sosial rifah səviyyəsini yüksəldir.
• Təsəvvür, məntiqi təfəkkür, təxəyyül və analiz bacarıqlarını inkişaf etdirir.
• Tərbiyəçi və müəllimlərdə ifadəli oxu və bədii təhlil bacarıqlarını möhkəmləndirir.
• Bədii nümunələr vasitəsilə dəyərləri təbliğ edir və mənəvi tərbiyəni gücləndirir.

Fərdi paylayıcı – öyrədici əyani vəsaitlər toplusu​

Bu vəsait uşaqlarda yaradıcılığın inkişafına kömək edir, onlara təsəvvürləri və mücərrəd anlayışları müəyyən etməyə imkan verir. Materiallarla işləmə prosesində uşaqlarda təlim motivasiyası güclənir, tədqiqat və yaradıcılıq bacarıqları inkişaf edir. Vəsaitin hazırlanmasında əsas məqsəd məntiqi və riyazi təfəkkürün inkişafı, ətraf aləmlə tanışlıq, savad təlimi, nitq inkişafı, bədii təfəkkür və digər məşğələlərdə təlim prosesinin maraqlı materiallar əsasında həyata keçirilməsi, pedaqoji prosesin təşkili zamanı uşağın eyni vaxtda həm oynaması, həm də inkişaf etməsi və təhsil almasını təmin etməkdir.

"Ələddin" tədris resursları sistemi

Məktəbəqədər yaşlı uşaqlar (2-6 yaş) üçün

Multimedia sistemlərini yerləşdiyi PC tablet texniki şərtlərin tələblərinə uyğun qaydada təsdiq edilmiş və konstruktor sənədləri, cizgiləri, texnoloji reqlament üzrə istehsal edilmişdir. PC tablet texniki imkanlarına görə toxunuşa həssasdır, xüsusi dizayn olunmuş formada hazırlanmışdır və insan orqanizminə heç bir zərərli təsiri yoxdur. Məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulan PC tabletə uşaqların idraki proses¬lərini inkişaf etdirən 600-dən çox müxtəlif multimedia resursları yerləşdirilmişdir. Tədris resursları peşəkar mütəxəssislər tərəfindən işlənmişdir. Sistemə sensor, diqqət, təfəkkür, riyazi anlayışlar bölmələri üzrə yerləşdirilən düşündürücü oyunlar uşaqların diqqətini, kiçik motorikasını, yaddaşını, məntiqi təfək¬kü¬rünü inkişaf etdirir, sayı, rəngləri, həndəsi formaları öyrədir və onların biliklərinin möhkəmlən- dirilməsinə müsbət təsir göstərir. Eşitmə-görmə, müqayisə, qruplaşdırma, böyük-kiçik, forma, riyazi təsəvvürləri inkişaf etdirən bu kimi sahələri əhatə edən tədris resursları sistemi 5 bölmədən, 20 hissədən ibarət əyləncəli, düşündürücü təlim oyunlarından ibarətdir. Təlim oyunları fərdi və qrup şəklində keçirilə bilər. Məhz belə təlim fəaliyyətində uşaqlar nəinki müəyyən bilik əldə edir, eyni zamanda, onların zehni qabiliyyəti, nitqi, yaddaşı, xüsusilə də təfəkkürü inkişaf edir. İnformasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə uşaqların idrak qabiliyyətlərini erkən yaşdan inkişaf etdirməyə xidmət edən multimedia tədris resurslarında duyğu, qavrayış, diqqət və təfəkkürü inkişaf etdirən oyunlar, sistemli şəkildə – sadədən mürəkkəbə doğru tərtib olunmuşdur. İdrak prosesləri bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdətdə verilmişdir. Bu da uşaqların birbaşa intellektinin inkişafına xidmət edir. Ələddin interaktiv multimediya sistemləri Azərbaycan,Rus,İngilis,Kazax,Özbək,Türkmən Ərəb
Scroll to Top