
Zakirə Allahverdiyeva
Yazıçı
Bu, mənim Çaşıoğluda çap olunan sayca altıncı kitabımdır. Əlyazmamı təqdim edirəm və bir müddət sonra mənə zəng edərək kitabın hazır olduğunu bildirirlər. Onların peşəkarlığına güvəndiyim üçün bütün prosesi etibarla onlara həvalə edirəm. Belə bir kollektivə afərin! Uğurlarınız bol olsun!

Ramidə Şadlinskaya
Tibb elmləri doktoru
İşgüzar və mehriban kollektiv, peşəkar işçi heyəti — bir sözlə, burada hər şey ürəyimcə oldu. Sonda gözəl bir kitab ərsəyə gətirdim. Hər kəsə təşəkkür edirəm.

Ramiz Həsənoğlu
Respublikanın Xalq artisti, tanınmış televiziya və kino rejissoru
Rəhilə Soltanqızının anam Ətayə xanıma həsr etdiyi kitabın bədii tərtibatını və nəfis çapını çox bəyəndim. Hiss olunur ki, peşəkar bir kollektivin işidir. Bütün kollektivə dərin minnətdarlığımı bildirirəm.

Könül Ələkbərov
Azərbaycan Respublikasının Əməkdar həkimi
İlk dəfə idi ki, bu mətbəəyə müraciət edirdim. Haqqında çox eşitmişdim, buna görə də heç bir narahatlığım yox idi. Sağ olsunlar, “Təcili Tibb” kitabımı yüksək keyfiyyətlə və vaxtında çap edərək mənə təqdim etdilər. Minnətdaram.

Nadejda İsmayılova
Respublikanın Əməkdar Jurnalisti
Mən elə bilirdim ki, yüksək poliqrafik keyfiyyətlə çap olunan kitablar ancaq Avropada olur. Amma yanılmışam! Mənim kitabımı "Çaşıoğlu" mətbəəsi elə çap etdi ki, Avropanı da arxada qoydu. Afərin sizə!

Bəhram Bağırzadə
Azərbaycan Respublikasının əməkdar artisti
Naşir
Burada peşəkarlar işləyir. Yek kəlimə!. Hər bir detalına diqqətlə yanaşaraq, mənim kitablarımı yüksək keyfiyyətlə çap etdilər. Bu, yalnız poliqrafiyanın deyil, həm də sənətkarlığın ən yüksək səviyyəsidir. Mən çox minnətdaram və əminəm ki, bu peşəkarların əllərindəki iş yalnız bir başlanğıcdır. Allah razı olsun, yolları hər zaman açıq və uğurlu olsun! Onlar öz zəhmətləri ilə mənim kitablarımı daha da qiymətli etdilər.

Hafiz Paşayev
ADA universitetinin rektoru
Bizim universitetin kitabla bağlı bütün layihələrini "Çaşıoğlu" poliqrafiya şirkəti peşəkarlıqla həyata keçirir. Çap olunan kitablarımız poliqrafik keyfiyyət baxımından yüksək standartlara cavab verir. Hər bir nəşrin dizaynı, material seçimi və çap prosesi üzərində göstərilən diqqət və səliqə bizi olduqca məmnun edir. Uğurları daim olsun!

Ülviyyə Abdullayeva
Baş Redaktor
Biz artıq 5 ilə yaxındır ki, "Çaşıoğlu" poliqrafiya şirkəti ilə əməkdaşlıq edirik və bu müddət ərzində hər zaman yüksək keyfiyyətlə xidmət almışıq. "Milli Məclis" jurnalımızın çapı hər zaman mükəmməl olub. Ən önəmli xüsusiyyətlərindən biri isə onların işə yanaşmasıdır – vaxtında təhvil verilməsi, hər bir detallara diqqət yetirilməsi və işin yüksək peşəkarlıqla həyata keçirilməsidir.
"Çaşıoğlu" poliqrafiya şirkətinin əməkdaşları ilə işləmək çox rahatdır. Onlar hər zaman açıq fikirli, çevik və müştəri məmnuniyyətini ön planda tutan bir yanaşma sərgiləyirlər. Hər bir sorğumuza sürətli cavab alırıq və müraciətlərimizə dərhal əməl edirlər. Bu, bizim işimizin gedişatını asanlaşdırır və bizə vaxt qazanmağa kömək edir.
Bizim üçün ən vacib olan məsələ yalnız keyfiyyət deyil, həm də etibarlılıqdır. "Çaşıoğlu" ilə əməkdaşlıq edərkən heç vaxt vaxtında çatdırılma ilə bağlı problem yaşamamışıq. Həmişə söz verdikləri tarixə uyğun olaraq işlər təhvil verilmişdir. Bu cür ciddi və peşəkar yanaşma, əməkdaşlığımızı daha da gücləndirir.

Salman Musa oğlu Musayev
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini
Artıq neçə ildir ki, biz Çaşıoğlu şirkəti ilə əməkdaşlıq edirik. İllər keçdikcə əmin oluruq ki, seçimimiz düzgündür. Çünki hər bir layihəyə ürəklə yanaşırlar və gördükləri işə imzalarını atırlar. Allah bu şirkətin yolunu həmişə açıq etsin, kollektivinə isə can sağlığı versin.

Səbinə Zülalova
Yazıçı
Çaşıoğlu şirkətinin iş prinsipinə heyran qaldım. Dəqiq, keyfiyyətli, vaxtında və sərfəli qiymətlərlə işlərini görürlər. Onlar üçün “yoxdur” sözü yoxdur. Həmişə var olun! Hikmət müəllim başda olmaqla bütün kollektivə uğurlar arzulayıram.

Həsən Həsənov
Tarix elmləri doktoru
Mənim bir neçə əsərim, o cümlədən də ingilis dilində nəşr olunmuş "Azərbaycan Tarixi-Coğrafi Atlas" kitabım "Çaşıoğlu" nəşriyyatında çap olunub. Çapın keyfiyyətindən olduqca razı qaldım.